Haqqımızda
Ədəbiyyata, düşüncəyə, sənətə çağrı.
Çağrı, Azərbaycanda qurulmuş, Türk Dünyasının ortaq ədəbi səsini eşitdirməyi hədəfləyən müstəqil bir e-jurnaldır.
Niyə «Çağrı»?
Çağrı — səslənmək, çağırmaq deməkdir. Bir sözü ucadan demək, eşidilməsini istəmək. Bu jurnal da bir çağrıdır: yazana, oxuyana, düşünənə.
Azərbaycanda qurulduq, amma sərhədlərimiz dilimizin getdiyi yerə qədər uzanır. Bakıdan Daşkəndə, Ankaradan Qazana — ortaq bir ədəbi meydan qurmaq istəyirik.
Bölmələrimiz
- Şeir — Çağdaş və klassik şeir nümunələri.
- Öykü — Qısa hekayələr və nəsr nümunələri.
- İncələmə — Ədəbi tənqid, təhlil və araşdırma yazıları.
- Çeviri — Dünya ədəbiyyatından tərcümələr.
- Bitik — Çağrı e-jurnalının bütün sayları.
- Colma Cocuq — Uşaqlar üçün şeir, nağıl və hekayələr.
- Söz Sav — Atalar sözü, deyim və hikmətli sözlər.
- Anlatı — Xatirə, səyahət və esse yazıları.
- Foto — Fotoqraf gözü ilə ədəbiyyat və həyat.
- Video — Söhbətlər, şeir oxumaları və video qeydlər.
- Törə — Ədəbi tədbirlər, görüşlər və mərasimlər.
- Mədəniyyət — Mədəniyyət, sənət və irs mövzusunda yazılar.
- Düşüncə evi — Fəlsəfə, ictimai düşüncə və mülahizə yazıları.
Yazı göndərmək
Jurnalımıza yazı göndərmək istəyirsinizsə, əlaqə səhifəsindən bizə yazın. Şeir, hekayə, incələmə, tərcümə və anlatı mətnlərini qəbul edirik.
Bu saytdakı bütün yazıların müəllif hüquqları öz sahiblərinə aiddir.
