ŞeirBuralar soyuqdur, buralar qarlı…8 oktyabr 20262 dəq3Afaq Şıxlı yazır...ÖMÜR DƏFTƏRİÖmür dəftərində sınanda qələmGedəsən düşəsən cənnətə bir gün!Könlünün gözüylə gördüyün aləmSığmaya heç sözə-söhbətə bir gün! Vücudun canlana başdan, yenidən,Yaddaşsa əvvəlki yaddaşın ola.Nə tünlük olmaya, nə gəlib-gedən,Yanında bir ömür yoldaşın ola.Daha duymayasan ağrı-acını,Könlün fərəhlənə öncələr təki.Hər gün məleykələr hörə saçını,Yenidən açasan qönçələr təki.Sirrini paylaşıb Tanrı ilə sənSevə bilməyəsən başqa heç kimi.Özünlə aparıb gedə biləsənOxumaq eşqini, yazmaq eşqini…ŞUŞADATanrı, şükür günümüzə,Bitibdir dava Şuşada!Görmək nəsib olub bizə,Necəymiş hava Şuşada!Soruşana pir deyərik,Adı-sanı var deyərik.Nəğməli şəhər deyərik,Susarmı nəva Şuşada!Bülbüllərin xan obası,Yaylaqların öz anası...Bizi səslər Topxanası,Çıxaydıq ova Şuşada.Göylərindən nurdu yağan ,Torpağından cövhər axar...Gövhər ağa məsçidi var,Edərik dua Şuşada!Unutmarıq şəhidini,Tac edərik igidini."Allah!" deyib yeni-yeniQurarıq yuva Şuşada!13.07.22ŞuşaKEÇİR...Özümdən gileyli dayanmışam mən,Nisgilim gözümün yaşından keçir...Yuxudan bir az gec oyanmışam mən,Yolum ucurumun başından keçir...Gah ağır, gah asan ötür günlərim,Qolboyun olubdur xeyirim, şərim.Qəmli sətirlərlə dolub dəftərim,Yazım da taleyin qışından keçir...Nədən çat veribdir haqqın ələyi?Ayıra bilməyir düzdən kələyi.Ay Afaq, naşıdır sevgi mələyi,Oxları qəlbinin tuşundan keçir...BİR SUALBir sual cavabsız qalacaq daha,Cəsarət etmədim soruşmağa mən:"Əgər düşməsəydim kökdən qırağa,Ana, nə qoyardın adımı görən?"Bu adın kədəri özündən qədim…Bu adla vətənim qürbətə döndü…Bu adla yerimi tapa bilmədim,Qarşımda bitməyən yollar göründü…Dəniz eşqim varkən, sahili gülşən,Özüm ayrılıqlar dənizi oldum.Kəniz adı oldu bəxtimə düşən,Mən də həsrətimin kənizi oldum.Sonsuz arzulardı əldən gedənim,Könlüm nə istədi… Fələk nə saydı.Adım nə olardı görəsən mənimAnam əllərimi buraxmasaydı?..GƏLDİM SƏNİ OYADIMGəldim səni oyadım,Ümid etdim yatmısan.Torpaq soyuq, üstüñəYaşıl örpək atmısan.Səsinçün darıxmışam,Atam, dostum, müəllimim!Dincəl daha, yorulma,Görüşünə mən gəlim.Yenə söhbət eləyək,Bölüşək dərdimizi,Misralara bənd ataq.Şeir yormaz ki bizi!Bir qafiyə xatırla,Əlini alnına vur.O sevdiyin torpağınAltında ayağa dur.Yeni söz çiçəyitəkYaşar, göyər hər il sən.İnandır bizləri ki,Sən yox olan deyilsən!İLAHİ!Ruhun yanıb kül salıbdır,Qismətin sac, qəlbin – yuxa.Gözün göylərdə qalıbdırTanrı dönüb sənə baxa.Gördün qürbətin üzünü,Yox olmaz yumsan gözünü.Aldatma özün-özünüÖlüm yaşamdan da baha.Bizə qalan dua, qunut,Sabaha bax, dünü unut.Yarpaq üstə bir şeh – umut,Ya axşama, ya sabaha…İman – könüllərin şahı,Yer-göy dolu qadın ahı.Bir ürəyim var, İlahi,İncitmisən sıxa-sıxa! 0BəyənPaylaşŞərhlər (0)Şərh yazınAdınız *E-poçt (dərc olunmur)Şərhiniz *Şərhlər redaksiya təsdiqindən sonra dərc olunur.Şərhi göndər